Tacir Şahmalıoğluna qarşı "SUİ-QƏSD"- Müğənninin səsi batıb - FOTO

Tacir Şahmalıoğluna qarşı "SUİ-QƏSD"- Müğənninin səsi batıb - FOTO
12:32 26 Dekabr 2019
89 Şou
Ölkə mətbuatı
A- A+

Tacir Şahmalıoğlunun səsini batırmaq istəyiblər.

Milli.Az xəbər verir ki, bunu sənətçi özü "Şou ATV"nin efirində bildirib.

Tacir gənc yaşlarında toylardan birində ona qarşı bu "sui-qəsd"in edildiyini deyib:

"Gənc vaxtlarım idi, təzə-təzə gündəmə gəlmişəm. Hamı da deyir ki, "Gənc oğlan çıxıb, yaxşı oxuyur". Restoranların birində mənə çay gətirdilər. İçdim bir qurtum, gördüm ki, çaydan qəribə tam gəlir. Fərqinə varmadım amma. Bir mahnı oxudum, gördüm güclə oxuyuram. Gəldim evə, "vsyo", mənim elə bil səsim olmayıb. Onunla da səsim batdı. Haradasa 6-7 ay o vəziyyətdə qaldım. Artıq iş yeri axtarırdım özümə ki, "vsyo" da, səs getdi. Heç danışa bilmirdim". 

Məhəmməd Vaqif
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/813436.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR