Şirvanda məcburi köçkünlər üçün yeni yaşayış kompleksi istifadəyə verilib

Şirvanda məcburi köçkünlər üçün yeni yaşayış kompleksi istifadəyə verilib
14:29 27 Dekabr 2019
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Şirvan şəhərində məcburi köçkünlər üçün yeni yaşayış kompleksi istifadəyə verilib.

Trend-in məlumatına görə, dekabrın 27-də Şirvan şəhərində məcburi köçkünlər üçün yeni yaşayış kompleksi istifadəyə verilib. Açılış mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun icraçı direktoru Mahir Abbaszadə və Şirvan şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov iştirak ediblər.

Bütün zəruri sosial-texniki infrastrukturu olan məhəllənin tikintisi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər çərçivəsində aparılıb. Bu, ölkə üzrə məcburi köçkünlər üçün salınmış sayca 107-ci qəsəbədir.

Dövlət Komitəsinin sədri məcburi köçkünlərlə görüş zamanı bildirib ki, məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir. Bu məqsədlə, inşa edilmiş qəsəbələrdə 500 mindən çox məcburi köçkün ailəsi məskunlaşıb. Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşlarımıza xüsusi diqqət və qayğı göstərir, onların təhsil, səhiyyə kimi problemlərinin həllinə həssaslıqla yanaşır.

Qeyd olunub ki, yeni qəsəbəyə Şirvan şəhəri ərazisində 61 yataqxana, məktəb, kirayə və digər inzibati binalarda müvəqqəti məskunlaşmış, uzun müddətdir ən ağır şəraitdə yaşayan, əsasən, Zəngilan, Füzuli və Cəbrayıl rayonlarından olan 606 məcburi köçkün ailəsi, 1985 nəfər köçürüləcək. Boş qalan mənzillərə isə ətraf rayonlarda müvəqqəti məskunlaşmış ailələr köçürüləcək. Bu məqsədlə, qəsəbədə istifadəyə verilmiş məktəbdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun icraçı direktoru Mahir Abbaszadə və Şirvan şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Komitəsinin müvafiq komissiyasının üzvlərinin, ictimaiyyətin və KİV nümayəndələrinin iştirakı ilə püşkatma keçirilib.

Bu gündən məcburi köçkünlərin yeni qəsəbədəki evlərə köçürülməsinə başlanılacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3170129.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR