Bakı, 19 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Nərgiz Axundova “Avropa Nəşr Mətbu Evi” mükafat komissiyasının “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunub.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, AMEA-nın Tarix İnstitutunda “Avropa Nəşr Mətbu Evi”nin nümayəndəsi Sahilə Abdullayeva tərəfindən qızıl medal və diplom alimə təqdim edilib.
N.Axundova bu mükafata cəmiyyətdəki fəal ziyalı mövqeyi, uğurlu elmi-tədqiqatları, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyəti və ölkədə tarix elminin inkişafına göstərdiyi xidmətlərinə görə layiq görülüb.