16 yaşlı yeniyetmə müdirini öldürüb qaçdı - VİDEO

16 yaşlı yeniyetmə müdirini öldürüb qaçdı - VİDEO
17:37 28 Dekabr 2019
82 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Dənizli bölgəsində baş verən hadisə qanları dondurub. 

Milli.Az unikal.org-a istinadən xəbər verir ki, 16 yaşlı çoban A.Ç əvvəlki gün müdiri, 37 yaşlı Fatih Kürşad Yağçı ilə çalışdığı qoyunçuluq müəssisəsində mübahisə edərək onu odlu silahla qətlə yetirib. 

Cinayəti törətdikdən sonra yeniyetmə müdirinin avtomobilini götürərək hadisə yerindən qaçıb. Əraziyə polislər cəlb olunub və yeniyetmə ərazidən uzaqda, başqa bir kəndə həbs edilib.
Polislərə açıqlamasında yeniyetmə cinayəti müdiri ona "quzu niyə öldü" deyərək tənbehləməsi səbəbindən törətdiyini iddia edib. Həmçinin öldürdüyü patronunun avtomobili ilə evinə gedib və dostlarına "atam yeni maşın aldı, sabah gəzərik" dediyi də ortaya çıxıb. 

Fatih Kürşad Yağçının həyat yoldaşı ona zəng edərkən müdirin çöldə olduğunu telefonunun yaddan çıxıb işdə qaldığını deyib. 

Bir neçə dəqiqə sonra isə müdirinin telefonuyla onun həyat yoldaşına " mən yatıram, zəng edib narahat etməyin" deyə mesaj atıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/814097.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR