Merkel Putinə qapını göstərdi

Merkel Putinə qapını göstərdi
06:06 17 Yanvar 2015
160 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniyanın kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putini Böyük 7-lər ölkələrinin iyunda Bavariyada keçiriləcək sammitinə dəvət etmək fikrində deyil.

ANS PRESS-in məlumatına görə, bu barədə kansler “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, “Böyük 7-lər” və keçmiş “Böyük 8-lər” ölkələri həmişə özünə ümumi dəyərlər əsasında birləşmiş bir cəmiyyət kimi baxıb.

Amma Krımın işğalı və Ukraynanın şərqindəki hadisələr beynəlxalq qanunlar və bu ümumi dəyərləri kobud şəkildə pozub. Kansler qeyd edib ki, bu hal davam edənəcən, Qərbin Rusiyaya qarşı sanksiyaları dəyişməyəcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320219

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR