Elm təsdiqlədi: Dünyanın ən möhtəşəm səsli müğənnisidir

Elm təsdiqlədi: Dünyanın ən möhtəşəm səsli müğənnisidir
15:38 30 Dekabr 2019
112 Şou
Ölkə mətbuatı
A- A+

Britaniyalı müğənni Freddi Merkuri musiqi tarixində ən məşhur əfsanələrindən biridir. Dünyanın hər yerində pərəstişkarları onun səsinə və xarizmasına heyran qalır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu yaxınlarda Avstriya, Çexiya və İsveçdən olan mütəxəssislər Freddinin musiqi tarixinin ən qüdrətli səs sahibi olduğunu sübut edib. Alimlər onun bütün mahnı və bəstələrinin ümumi ahəngini təhlil edib.

Tədqiqatçılar Merkurinin oxuma tərzini təkrarlamağı bacaran Daniel Zanger Borxun qarnındakı dəyişikliyi təhlil etməyə çalışıb. Alimlər Danielin əfsanəvi vokalistin hitlərini necə ifa etdiyini öyrənib və qırtlağın saniyədə 4000 kadr sürətlə vurduğunu müəyyən edib.

Tədqiqatçılar Merkurinin bariton səsinin olduğunu aşkar edib, baxmayaraq ki, əvvəllər o tenor səs sahibi hesab olunurdu. O, baritonlara xas olan 117.3 Hz tezliyində ifa edirdi. Freddinin vokal tonları daha sürətli hərəkət edirdi. Odur ki, Merkuri, digər sənətçilərdən fərqli olaraq mahnıları özünəməxsus şəkildə ifa edirdi.

Onlar həmçinin Merkurinin vibrasiyasının 7.04 Hz səviyyəsində olduğunu, əksər müğənnilərin səsinin isə 5.4 Hz - 6.0 Hz aralığında olduğunu müəyyənləşdirib.

Aytən Məftun


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin2/300648.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR