Metbex sirleri: "Odun" tortu - FOTO

Metbex sirleri: "Odun" tortu - FOTO
07:05 17 Yanvar 2015
1156 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az "Napoleon"un başqa bir variantı - odunu xatırladan tortun hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

500 q mayasız qat-qat xəmir
350 q kərə yağı
250 q qatılaşdırılmış süd
1-2 x.q. konyak

Xəmiri 1-2 sm enində şəridlərə doğrayın. Şəridləri siniyə bir-birindən aralı düzün.
200-220 dərəcə qızdırılmış sobada qızılı rəng alanadək bişirin.



Bişmiş şəridləri otaq temperaturunadək soyudun. 3-4 ədəd daha çox qızarmışını isə ayırıb tortun bəzəyi üçün saxlayın.

Otaq temperaturunda olan kərə yağını mikserlə çalın. Bir az qatılaşdırılmış süd əlavə edib çalın. Konyak əlavə edib yenidən çalın. Sonda yenə qatılaşdırılmış süd əlavə edib çalın.



Bir neçə qat qida plyonkasını masanın üstünə düzün. Şəridləri aralarına krem çəkməklə yanaşı və üst-üsə yığın.



Kremin qalanını bütün tortun üzərinə çəkin. Plyonka ilə bükün və plyonkanın kənarlarını da bərk büzüb bağlayın ki, tort odun forması alsın.



Soyuducuda 1 gecə saxlayın. Kənara qoyduğunuz bişmiş xəmiri ovuntuq halına salın.

Tortu soyuducudan çıxarıb plyonkanı açın, ovuntuğu üzərinə səpin. Sonra tortu qaba qoyub süfrəyə verəcəyiniz vaxta qədər soyuducuda saxlayın.



Qeyd: 

Şəridlər nə qədər nazik olarsa, kremi daha tez və daha yaxşı hopdurar.
Tortu pizza bıçağı ilə kəsmək daha rahatdır.
Tortdakı konyak ona qoz dadı vermək üçündür.
Gərək tortu yığarkən onu sıx edəsiniz, yoxsa doğrayan zaman dağılacaq.
Ovuntuğu tortun üstünə səpərkən əllərinizlə yüngülcə basın (yaxşı olar ki, əlləriniz də bu zaman isti olsun).

Nuş olsun!

Resept: vk.com/vkusnenki

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/319159.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR