Həştərxanın regionda siyasi və iqtisadi nüfuzu artır

Həştərxanın regionda siyasi və iqtisadi nüfuzu artır
10:22 31 Dekabr 2019
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bu günlərdə Rusiyanın Dərbənd vilayəti ilə Azərbaycanın Quba rayonunu birləşdirən Samur çayı üzərindən keçən avtomobil körpüsünün açılış mərasiminin keçirilməsi və körpünün istifadəyə verilməsi hər iki ölkədə mühüm hadisə kimi qiymətləndirilib. Xüsusilə, bu Azərbaycanın ehtiyatlarına daha yaxın olmaq üçün Rusiya subyektlərinin Xəzər bölgələri arasında mübarizəsinin yeni mərhələsi kimi də xarakterizə edildi.

Trend-in məlumatına görə, körpünün açılış mərasimində iştirak edən Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin sözlərinə görə, avtomobil körpüsü "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olacaq. Sözügedən dəhlizin inkişaf etdirilməsi isə on milyardlarla dollar gəlir vəd edir.

Qeyd edək ki, körpünün açılışından sonra Dağıstanın rəhbəri Vladimir Vasilyevin əlində demək olar ki, "Xəzər kartları" az qaldı. Yalnız sərnişinlər üçün sadələşdirilmiş gömrük prosedurları olan Bakı-Dərbənd-Mahaçqala sürət qatarı (sentyabr ayında elan olunub) və Bakı ilə Mahaçqala arasında birbaşa reysdən başqa (bu reysin açılışı ilə bağlı danışıqlar 2016-cı ildən bəri davam edir).

Rusiya mediasının qənaətinə görə, Həştərxan vilayətinin rəhbərliyinin aldığı üstünlüklərlə müqayisədə bunlar sadəcə xırda şeylərdir. Keçmiş çekist İqor Babuşkin, altı aydan az bir müddətdə qubernator kimi fəaliyyət göstərsə də artıq Bakıya rəsmi səfər edib və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Həmçinin Kütüm stansiyasının bazasında Azərbaycan logistika mərkəzinin yaradılması haqqında müqavilə imzalanıb. Bu vasitə ilə Xəzəryanı ölkələrdən Rusiyaya və daha sonra MDB ölkələrinə mal axını həyata keçiriləcək. Xatırladaq ki, artıq Bakıda Həştərxan ticarət mərkəzinin inşasına da başlanılıb. Bu mərkəz Azərbaycanda fəaliyyət göstərəcək ən böyük ticarət mərkəzlərindən hesab edilir. Azərbaycanla Həştərxan arasında qarşılıqlı olaraq gəmi inşası, heyvandarlıq, turizm sahəsində ikitərəfli layihələrin həyata keçirilməsinin də anonsları verilib.

Ümumiyyətlə, Babuşkinə rəsmi Bakı ilə danışıqlar aparmaq üçün Azərbaycan Hökuməti tərəfindən açıqca imkanlar yaradılıb . Məsələn, Dağıstan Bakı ilə hava əlaqəsinin açılması barədə danışıqlar aparsa da, artıq uzun müddətdir ki, bu Həştərxanda işə salınıb və Babuşkin indi qarşılıqlı uçuşların həftədə üç dəfəyə çatdırılmasını xahiş edir.

Dağıstanın hətta bu kimi cüzi nailiyyətləri fonunda daha bir xəzəryanı regionun - başçısı Batu Xasikov olan Kalmıkiyanın nailiyyətləri olduqca kiçik görünür. Burada hətta Laqan limanının tikintisinə belə başlaya bilmirlər ("Şimal-Cənub" dəhlizi layihəsi çərçivəsində nəzərdə tutulan həmin limanın yük dövriyyəsi faktiki olaraq Həştərxanla Ola arasında artıq bölüşdürülüb).

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3171919.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR