“Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirici tədbir

08:53 17 Yanvar 2015
320 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 17 yanvar, AzərTAc
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirici tədbir keçirilib.
Kitabxanadan AzərTAc-a bildiriblər ki, mərkəzin əməkdaşları tədbir iştirakçılarına fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fərdi mühafizə vasitələrindən istifadə qaydaları, məişətdə qaz cihazlarından istifadə edərkən təhlükəsizliyin təminatı, sel və daşqınlar, yol qəzaları və partlayışlar zamanı necə davranmaq lazım gəldiyi barədə ətraflı məlumat veriblər.
Daha sonra kitabxananın həyətində Bakı Regional Mərkəzinin xüsusi təyinatlı avtomobili və onun təchiz olunduğu spesifik alət və avadanlığı, FHN Dövlət Sularda Xilasetmə Xidmətinin xilasetmə və üzmə vasitələri, Mülki Müdafiə qoşunlarının fərdi mühafizə vasitələri, radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları, onların təyinatı və iş prinsipləri, Xüsusi Riskli Xilasetmənin xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarında istifadə olunan texnika, sınıqlar və qanaxmalar zamanı yardım üsulları nümayiş olunub.
FHN-nin qurumlarının axtarış-xilasetmə və yanğınsöndürmə nümunəvi praktik təqdimatlarında kitabxananın əməkdaşları da iştirak ediblər.
Tədbirdə FHN tərəfindən hazırlanmış videoçarxlar nümayiş olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR