Gümrü fəallarına cinayət işi açıldı

Gümrü fəallarına cinayət işi açıldı
09:36 17 Yanvar 2015
96 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistan istintaq komitəsi Gümrü şəhərində baş verən etirazlara görə cinayət işi açıb.

ANS PRESS-in məlumatına görə, bu barədə məlumatı Novosti Armeniya saytı yayıb.

Xəbərdə qeyd olunur ki, cinayət işi müvafiq olaraq 258 “xuliqanlıq” və 316 “dövlət nümayəndələrinə güc tətbiq etmə” maddələri üzrə açılıb.

Xatırladaq ki, 14 və 15 yanvar tarixində Ermənistanın Gümrü şəhərində kütləvi etiraz aksiyaları keçirilib. Aksiyaçıların tələbi hakimiyyətin erməni ailənin 6 üzvünün öldürülməsində günahlandırılan 102-ci Rusiya bazasının əsgəri Valeriy Permyakovu vətəninə qaytarmaması olub.

Qeyd edək ki, 12 yanvar tarixində Valeriy Permyakov hərbi hissəni özbaşına tərk edərək silahla şəhərə gedib və evlərində yatan Avenisyan ailəsinin 2 yaşlı uşaq olmaqla 6 üzvünü qətlə yetirib. Sağ qalan 6 aylıq uşaq sinəsində süngü yaraları ilə xəstəxanaya yerləşdirilib. Onun üzərində cərrahiyə əməliyyatı keçirilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=320227

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR