Aprel şəhidi Raquf Orucovun atası vəfat edib

Qarabağ müharibəsi qazisi, 2016-cı ildə Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan polkovnik-leytenant Raquf Orucovun atası İbrahim Orucov vəfat edib.

Metbuat.az-ın xəbərinə görə, İ.Orucov bu gün Sumqayıt şəhərində yaşadığı evdə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

İ.Orucov bir neçə il bundan əvvəl insult keçirmişdi.

Allah rəhmət eləsin!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR