Eks-prezidentin qızı barəsində daha bir cinayət işi açıldı

Özbəkistanın eks-prezidenti İslam Kərimovun qızı Gülnarə barəsində daha bir cinayət işi yekunlaşıb.

Metbuat.az xəbər verir ki, onu “hədə-qorxu ilə pul tələb etmək”də, “büdcə vəsaitlərini oğurlamaq”da və “qanunsuz vəsaitlərin xaricdə leqallaşdırılması”nda ittiham edirlər.

Bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb. Onlar işin məhkəməyə göndərildiyini bildiriblər.

Gülnarə Kərimova “mənimsəmə” və “hədə-qorxu ilə pul tələb etmə” maddələri ilə 2015-ci ildən həbsdədir. Onu ilk olaraq, 5 il müddətinə azadlıqdan məhrum etsələr də, sonradan daha 10 il həbs cəzası əlavə olunmuşdu. 2018-ci ildə ona qarşı hökm yumşalaraq evdə cəza çəkməsinə şərait yaradılmışdı. Lakin 2019-cu ilin martında qərar yenidən sərtləşdirilmiş, Kərimova həbsxanaya göndərilib. (modern.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR