Azərbaycanda 2050-ci ilə qədər havanın orta illik temperaturu

Azərbaycanda havanın orta illik temperaturu regiondan asılı olaraq baza dövrünə (1961-1990-cı illər) nisbətən təqribən 0.8-1.90 dərəcə artıb. Atmosfer yağıntılarının orta illik miqdarı isə əsasən azalıb.

Metbuat.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun 2019-cu il üzrə illik hesabatında bildirilir.

Hesabata əsasən, Kür-Araz ovalığının bəzi rayonlarında azalma 12-15% təşkil edib, Abşeron yarımadasında və ondan şimalda yerləşən sahilboyu ərazidə isə o, az da olsa (2-3%) artıb. İlin isti dövründə yağıntıların miqdarı 3-17% azalıb.

İllik temperaturun artım sürəti 134 il ərzində 0.80-1.40 dərəcə olub, onilliklər üzrə isə artım sürəti təqribən 0.10 dərəcə təşkil edib. Atmosfer yağıntıları 125 il ərzində bəzi ərazilərdə azalıb ( Ağstafa – 88mm, Naxçıvan – 7 mm), Gəncədə isə 8 mm artıb.

Aparılmış hesablamalar əsasında 2050-ci ilə qədər havanın temperaturunun və atmosfer yağıntılarının qarşıdakı onilliklər müddətində gözlənilən qiymətləri verilib.

Havanın orta illik temperaturunun və atmosfer yağıntılarının gözlənilən qiymətləri

Məntəqə

İllər

1961-1990

(baza dövrü )

2030

2040

2050

1.

Ağstafa

12,7

13,7

13,8

14,0

2.

Gəncə

13,4

14,5

14,6

14,7

3.

Naxçıvan

12,9

13,2

13,3

13,5

Məntəqə

İllər

1961-1990

(baza dövrü )

2030

2040

2050

1.

Ağstafa

363

315

310

300

2.

Gəncə

287

270

275

280

3.

Naxçıvan

220

240

235

230


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR