Sumqayıtda təbiətə ziyan vuran şirkət cəzalandı

Sumqayıtda təbiətə ziyan vuran şirkət cəzalandı
14:52 8 Yanvar 2020
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıt şəhəri, 9-cu mikrorayon, 59 və 60-cı binaların qarşısında ağac kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Sözügedən əraziyə keçirilən baxış zamanı 1 ədəd söyüd ağacının kəsildiyi aşkar edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

O qeyd edib ki, araşdırma zamanı ağacın "Kristal Abşeron" Mənzil Tikinti Kooperativi tərəfindən kəsildiyi məlum olub.

Faktla bağlı akt tərtib olunub və 1800 manat məbləğində ziyan müəyyən edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/816180.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR