Nazir Azərbaycan Universitetinin rektorunu təltif etdi -

Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanı yubiley medalı ilə təltif edib.

Metbuat.az-ın məlumatına görə, nazir Səadət Əliyevanın “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilməsi barədə əmr imzalayıb.

Qeyd edək ki, yubiley medalı Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli Qanunu ilə təsdiq edilib. Yubiley medalı ilə elm və təhsil sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş, sosial-mədəni inkişafda fəal iştirak etmiş şəxslər təltif edilirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR