Bakıda keçmiş məhkumlar oğurluq üstündə saxlanıldılar

Bakıda keçmiş məhkumlar oğurluq üstündə saxlanıldılar
15:27 9 Yanvar 2020
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda keçmiş məhkum mağazadan 3000 manat oğurlayıb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən xəbər verilib.

Məlumata əsasən, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 30-da rayon ərazisindəki mağazaların birindən 3000 manat və 5 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunmuş E.Alıyev saxlanılıb.

DİN-dən daxil olan digər məlumatda isə bildirilir ki, Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 evdən 650 manat və 8000 ABŞ dolları, habelə gümüş əşyalar oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunmuş X.Vəliyev də saxlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/816484.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR