Paylaşımına "like" gəlmədiyi üçün intihar etdi -

Hadisə ABŞ-ın Karolina əyalətində baş verib. 19 yaşlı Kloya Devison adlı gənc qız sosial media asılılığının qurbanı olub.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Devison "Facebook"a atdığı fotosuna yetərincə bəyənmə gəlmədiyi üçün intihar edib. O, yaşadıqları evdə ölü halda tapılıb. İntihar edən gəncin bacısı Jeyd Devisonun tez-tez paylaşımlarına bəyənmə və rəy gəlmədiyindən danışdığını bildirib:

"Özünü sosial mediada sübut etməyə çalışırdı. Paylaşımlarına yetərincə bəyənmə və rəy gəlmədiyindən danışırdı. Foto paylaşanda bəyənmə sayını artırmaq üçün ailə üzvlərindən fotoları "like" etmələrini istəyirdi. Yetərincə bəyənmə almayan fotolarını silirdi".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR