“Yaxşıyam, ölkəmdəyəm, tamamilə yalnış məlumatdır"

“Yaxşıyam, ölkəmdəyəm, tamamilə yalnış məlumatdır"
12:52 10 Yanvar 2020
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Mən Azərbaycandayam, evimdəyəm. Sadəcə, 3 həftə əvvəl qan təzyiqim qəfil yüksəlmişdi deyə, özümü yaxşı hiss etmirdim və həkim müalicəsinə ehtiyac yaranmışdı. Ətrafımda bu qədər həkim varkən xaricə niyə getməliyəm?

Milli.Az bildirir ki, bunu modern.az-a açıqlamasında Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq  Azər Maqsudov kritik vəziyyətdə Almaniyaya aparılması ilə bağlı məlumata münasibət bildirərkən deyib.

A.Maqsudov səhhətilə bağlı xaricə aparılması xəbərini təkzib edib:

"Qan təzyiqim qalxdı, həkim müalicə yazdı və evimdə müalicə alıram. Mənim səhhətimdə kritik vəziyyət yoxdur ki, xaricə aparılmağıma ehtiyac yaransın. Həm kritik vəziyyətdə olan biri xəstə yatağında olmalı və telefonla danışmamalıdır. Tamamilə yalnış məlumatdır. Qohum-qardaş hamısı bu məlumatdan nigaran olub. Hamıya demək istəyirəm ki, yaxşıyam, ölkəmdəyəm, heç bir problem yoxdur. Hamımız insanıq və səhhətimizdə müəyyən narahatlıq yaranması da mümkündür. Xahiş edirəm bu cür məlumatlar yayarkən diqqətli olsunlar".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/816693.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR