Prezident Azərbaycan-Qırğızıstan Dostluq parkının təməli qoyma

Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan-Qırğızıstan Dostluq parkının təməl qoyma mərasimi keçirilib.

Metbuat.az xəbər verir ki, mərasimdə Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov iştirak edib.

Öncə Qırğızıstan Prezidenti, ölkənin Xarici İşlər naziri onları müşayiət edən şəxslər Azərbaycan-Qırğızıstan Dostluq parkının və Heydər Əliyev adına məktəb binasının layihəsi ilə tanış olublar. Prezident Sooronbay Jeenbekov və Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov parkın təməlini qoyublar.

Mərasimi açan Bişkek şəhərinin meri Əziz Surakmatov Azərbaycan və Qırğızıstan dostluğunun simvolu olan parkın açılması münasibətilə iştirakçılarını təbrik edib.

Qırğız Respublikasının Prezidenti Sooranbay Jeenbekov Bişkek şəhərində məktəb kompleksinin tikilməsinə, eyni zamanda, paytaxtın ən gökəmli rayonlarından birində möhtəşəm parkın salınmasına göstərdiyi təşəbbüsə və verdiyi böyük dəstəyə görə Azərbaycan Prezidenti İlham Əlyevə təşəkkürünü bildirib:

“Nəcib təşəbbüsə və verdiyi böyük dəstəyə görə Azərbaycan Prezidenti cənab İlham ƏlyevəQırğız xalqı adından təşəkkürümü bildirirəm. Azərbaycan-Qırğızıstan Dostluq Parkı iki dövlət arasında münasibətlərin nə qədər yüksək səviyyədə olduğunun göstəricisidir. İki dövlət başçısı arasında sıx dostluq əlaqələri mövcuddur. Biz 2018-ci ildə Qırğızıstanın Çolpon-Ata şəhərində və ötən il Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşləri çərçivəsində ikitərəfli və çoxtərəfli müstəvidə əlaqələrin genişləndirilməsi istiqamətində səmərəli müzakirələr aparmışıq. İki qardaş xalq arasında yaxınlığın və əməkdaşlığın rəmzi olan bu parkın xeyir-duasını Azərbaycan Prezidenti verib”.

Azərbaycanla Qırğızıstan arasında dostluğun tarixi köklərə dayandığını bildirən Prezident qeyd edbi ki, Qırğızıstanda 20 mindən çox azərbaycanlının yaşaması da bu münasibətlərin daim yüksələn xətlə inkişafına möhkəm zəmin yaradır. Azərbaycan Qırğızıstandakı səfiri Hidayət Orucov Prezidenti İlham Əliyevin müraciətini oxuyub.

Müraciətdə deyilir:


«Hörmətli mərasim iştirakçıları,


Azərbaycan-Qırğızstan Dostluq Parkı zamanın sınağından çıxmış dostluq və qardaşlığımızın rəmzidir. Ölkələrimiz arasındakı münasibətlər ortaq tarixi-etnik köklərə, milli mənəvi dəyərlərə və adət ənənələrə malik xalqlarımızın iradəsini əks etdirir. Əminəm ki, gələcək nəsillər dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsini daim qoruyub saxlayacaq, dostluq və qardaşlığımızı uca tutacaq və daha da möhkəmləndirəcəkdir.


Hörmətlə, İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti».

Səfir qeyd edib ki, Dostluq Parkı hər iki dövlət başçısının təşəbbüsü və razılığı əsasında ilə tikilir. Diplomatın sözlərinə görə, qırğızlar və azərbaycanlıları yalnız ortaq keçmiş deyl, uzun sürən səmimi dostluq və qardaş münasibətləri, həm də müasir tarix birləşdirir. Ölkələrimizin tarixində çox perspektivli bir mərhələ açılır. Təsadüfi deyil ki, Heydər Əliyev "Manas" dastanının 1000 illiyi münasibəti ilə deyirdi: «"Manas" qırğız xalqının böyük mədəni və mənəvi sərvətidir, bütün dünya sivilizasiyasının, bəşəriyyətin dəyərli sərvətidir, türk dünyasının, türkdilli xalqların, İslam dünyasının böyük mənəvi sərvətidir. "Manas" eyni zamanda Azərbaycan xalqına məxsusdur, Azərbaycan xalqının da mənəvi, mədəni sərvətidir. Manas bizim hamımızın, xalqlarımızın hamısının ulu babasıdır. "Manas”ın dili bizim ümumi dilimizdir».

Bişkek şəhərinin meri Əziz Surakmatov isə bildirib ki, Bizim xalqlarımızı etnik və tarixi bağlar, ortaq mədəniyyət, adət-ənənələr və dil birləşdirir. Bu park təkcə indiki nəsil üçün deyil, həm də gələcək nəsillər üçündür. Park Bişkekin dağlar və gözəl təbiətlə əhatələnmiş ən yaxşı rayonlarından birində yerləşir.

Qeyd edək ki, parkın tikintisinin bu il ərzində başa çatdırılması planlaşdırılan Azərbaycan-Qırğızıstan Dostluq parkı paytaxt Bişkekin ən əhəmiyyətli rayonlarından birində yerləşir. 5,5 hektarlıq əraziyə malik olan parkın ərazisində müxtəlif xarakterli tədbirlər və konsertlərin keçirilməsi üçün amfiteatr, bir neçə fəvvarə kompleksi, xiyabanlar, uşaq əyləncə meydançaları, istirahət zonası, avtodayanacaq və digər obyektlər olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR