Azərbaycan güləşçiləri xatirə turnirinin ilk günündə 20 medal qazanıblar

10:28 17 Yanvar 2015
199 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir İlkin İzzət/

Azərbaycan güləşçiləri Bakıda keçirilən xatirə turnirinin ilk günündə 3 qızıl, 7 gümüş və 10 bürünc medal qazanıblar.

Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, "Sərhədçi" İdman Olimpiya Mərkəzində 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 18-ci beynəlxalq turnir start götürüb. Turnirdə Azərbaycan güləşçiləri ilə yanaşı, Gürcüstan, İran, Qazaxstan, Rusiya və Özbəkistan idmançıları mübarizə aparır.

Turnirin ilk günündə sərbəst güləş yarışları keçirilib. 153 pəhləvanın mübarizə apardığı yarış günündə qalib və mükafatçılar müəyyənləşib. Çəki dərəcələri üzrə I, II, III yerləri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif edilib.

Azərbaycan güləşçiləri turnirin ilk günündə 3 qızıl, 7 gümüş və 10 bürünc medal qazanıb.

42 kq
FİNAL - Əsgər Məmmədəliyev - Şahin Muxtarov
Bürünc medal görüşü - Akbar Kurbanov (Qazaxstan) - Gia Ugrelidze (Gürcüstan)
Bürünc medal görüşü - Ramiz Həsənov - Asif Məhərrəmov

46 kq
FİNAL - Rakhat Kaljan (Qazaxstan) - Rustam Juraev (Özbəkistan)
Bürünc medal görüşü - Röyal Ağamalıyev - İntiqam Vəlizadə
Bürünc medal görüşü - Hossein Nazari (İran) - Cavid Cavadzadə

50 kq
FİNAL - Əliabbas Rzazadə - Dadgar Mohsen (İran)
Bürünc medal görüşü - Ülvi Hacızadə - Zaur Gagloev (Rusiya)
Bürünc medal görüşü - Şahin Əlifzadə - Bayram İsmayılov

54 kq
FİNAL - Kənan Şahbazov - Vano Godelaşvili (Gürcüstan)
Bürünc medal görüşü - Elmar İbrahimov - Kənan Ağamalıyev
Bürünc medal görüşü - Elton Şahbazov - Giorgi Adleyba (Rusiya)

58 kq
FİNAL - Fazil Həsənov - Fizuli Hüseynov
Bürünc medal görüşü - Fərid Cəfərov - Goga Mamiauri (Gürcüstan)
Bürünc medal görüşü - Daud İbragimov (Rusiya) - Ahmedhan Gelişanov (Rusiya)

63 kq
FİNAL - Qurban Qurbanov - Orxan Abbasov
Bürünc medal görüşü - Tornike Kvinikadze (Gürcüstan) - Nəsib Osmanov
Bürünc medal görüşü - Armin Babayi (İran) - Maqomed Surxoev (Rusiya)

69 kq
FİNAL - İsmayıl Abdullayev - İveriko Julakidze (Gürcüstan)
Bürünc medal görüşü - Camal Məmmədov - Xalid Əlizadə
Bürünc medal görüşü - Aslan Kurtoglu (Rusiya) - Mamuka Naniev (Rusiya)

76 kq
FİNAL - Ravil Babazadə - Demuri Megeneişvili (Gürcüstan)
Bürünc medal görüşü - Giorgi Bregvadze (Gürcüstan) - Hamed Manafian (İran)
Bürünc medal görüşü - Abdulmuslim Məmmədov - Emin Nəcəfzadə

85 kq
FİNAL - Abofazl Gilpoor (İran) - Aslanbek Gvarmaniya (Rusiya)
Bürünc medal görüşü - Xusanboy Raximov (Özbəkistan) - İbragim Barkinxoev (Rusiya)
Bürünc medal görüşü - Nəvai Bəkirov - Rahid Həmidli

100 kq
FİNAL - Amir Reza Fatahi (İran) - Xasaboy Raximov (Özbəkistan)
Bürünc medal görüşü - Zuriko Urtaşvili (Gürcüstan) - Adilet Botabek (Qazaxstan)
Bürünc medal görüşü - Əli Əminov - Aslan Kokoev (Rusiya)

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR