Nazir ona xüsusi rütbə verdi -

Ədliyyə naziri Fikrət Məmmədov Ədliyyə Nazirliyinin birinci dərəcəli ədliyyə qulluqçusu Səyyad Məcidovun kiçik ədliyyə müşaviri - ədliyyə mayoru xüsusi rütbəsinə layiq görülməsi ilə bağlı əmr imzalayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Səyyad Məcidov məlumat yayıb.

Qeyd edək ki, S.Məcidov uzun illər Ədliyyə Nazirinin mətbuat katibi kimi fəaliyyət göstərib. O, hazırda Ədliyyə Akademiyasının müəllimidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR