Atambayevin həbs müddəti artırıldı

Məhkəmə Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayevin həbs müddətinin uzadılmasına qərar verib.

Metbuat.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə onun vəkili Zamir Jooşev məlumat verib.

Müdafiə tərəfinin sözlərinə görə, məhkəmə Atambayevin həbs müddətini iki aya, 15 mart 2020-ci ilə qədər artırıb.

Vəkil, həmçinin iş üzrə növbəti məhkəmə iclasının yanvarın 16-da keçiriləcəyini bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR