İmişlidə avtomobil kanala aşdı, 2 nəfər öldü

İmişlidə avtomobil kanala aşdı, 2 nəfər öldü
13:32 15 Yanvar 2020
44 Ölkə
Ölkə mətbuatı
A- A+

İmişlidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Cəfərli kəndi ərazisində qeydə alınıb.

Rayonun Yalavac kənd sakini 32 yaşlı Zaur Mirzəyev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq su kanalına aşıb.

Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişin - rayonun Cəfərli kənd sakini, 32 yaşlı Nicat Məmmədov suda boğulub. Avtomobildə olan digər 2 sərnişin - Yalavac kənd sakinləri 26 yaşlı Elvin Mustafayev və 29 yaşlı Eldəniz Mehdiyev müxtəlif xəsarətlərlə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/818098.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR