Koronavirusun yeni növü ABŞ-a da çatdı

Koronavirusun yeni növü ABŞ-a da çatdı
07:57 22 Yanvar 2020
143 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da yeni növ koronavirusun səbəb olduğu pnevmoniyanın ilk yoluxma hadisəsi qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin nümayəndələri tərəfindən telefon brifinqi zamanı məlumat verilib.

Yoluxma hadisə Vaşinqton ştatında aşkar edilib - xəstəlik yaxınlarda Çindən gəlmiş 30 yaşlı kişidə tapılıb. Onun vəziyyəti stabil olaraq qiymətləndirilir.

Dekabrın 31-də Çin hakimiyyəti Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) ölkənin mərkəz hissəsində yerləşən Uxan şəhərində naməlum sətəlcəm xəstəliyi barədə məlumat verib. Yanvarın 7-də Çin mütəxəssisləri xəstəliyin törədicisini - 2019-nCoV - koronavirusunu təyin ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/819730.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR