MSK daha bir təşkilatın "exit-poll" keçirməsi barədə qərar qəbul edib

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar "exit-poll" keçirmək üçün müraciət etmiş “Rəy” Monitorinq Mərkəzinin müraciətinə baxılıb.

Metbuat.az -ın məlumatına görə, məsələ barədə MSK sədrinin müavini Rövsət Qasımov məlumat verib.

R. Qasımov bildirib ki, təşkilat 118 dairə üzrə 1080 məntəqədə exit-poll keçirəcək:

”Təşkilat regionlarda 10 dayaq mərkəzi müəyyənləşdirib. 1080 müsahibəçi prosesə cəlb edilib. Onlar ehtiyatda 50 müsahibəçinin olması ilə bağlı da məlimat veriblər. Supervayzerlər də kifayət qədər məlumatlıdırlar.

Ümumilikdə 1500 əməkdaş bu layihənin həyata keçirilməsində iştirak edəcək”.

MSK “Rəy” Monitorinq Mərkəzi akkreditasiyası barədə qərar qəbul edib.

Qeyd edək ki, bundan əvvəl Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə səsvermə günü ABŞ-ın “AJF&Associates, Inc.” təşkilatı ilə birlikdə “exit-poll” keçirəcək qurum kimi qeydə alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR