Azər Maqsudov: “Bəzi xəstəliklərdən əziyyət çəkənlər dəm qazından zəhərləndiklərini zənn ediblər”

Azər Maqsudov: “Bəzi xəstəliklərdən əziyyət çəkənlər dəm qazından zəhərləndiklərini zənn ediblər”
10:52 30 Yanvar 2020
69 Digər
Ölkə mətbuatı
A- A+

Dəm qazından zəhərlənmələrə dair yayılan əsassız xəbərlərə Bakı şəhər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov aydınlıq gətirib.
 “Report” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən məlumat verir ki, onun sözlərinə görə, yanvar ayının əvvəlindən 29-dək şöbəyə fiziki durumunda narahatlıq keçirən 100-dən çox insan müraciət edib: “Onlardan yalnız 36 nəfərdə dəm qazı zəhərlənməsi diqanozu təsdiqini tapıb. Bu insanlar müalicə tədbirləri görüldükdən sonra evə buraxılıblar. Bir çox hallarda isə ürək, şəkərli diabet və ağciyər xəstəliklərindən əziyyət çəkən insanlar da hamam otağında narahatlıq keçirərkən dəm qazından zəhərləndiklərini zənn ediblər”.
A.Maqsudovun sözlərinə görə, şöbəyə 10-12 xəstə daxil olduğu günlərin statistikası bəzi hallarda dəqiqləşdirilmədən şişirdilir.
1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin çəkiliş qrupuna müsahibəsinə dair geniş video materialı aşağıdakı “Youtube” ünvanında izləyə bilərsiniz:



Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azer-maqsudov-36-neferde-dem-qazi-zeherlenmesi-diqanozu-tesdiqini-t

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR