Rusiyada mafiyaya qarşı irimiqyaslı əməliyyat təşkil edildi

Rusiyanın ən böyük ovçuluq və atıcılıq klubunda mafiyanın fəaliyyəti aşkarlanıb.

Metbuat.az xəbər verir ki, klubun işində nöqsanlar aşkarlayan Federal Kəşfiyyat Xidməti, öz cəsuslarını heyət üzvlərinin arasına yerləşdirib. Araşdırmalardan sonra məlum olub ki, mafiya, ovçuluq və atıcılıq klubunun fəaliyyəti adı altında öz cinayətlarını həyata keçirib. Xüsusi təyinatlılar klubun ölkədəki bütün idarələrinə basqın təşkil edib.

Çox sayda şübhəli saxlanılıb. Onlar girov götürmə, güc tətbiq etmək, şantaj etmək və digər cinayətlərdə şübhəli bilinir. Axtarışlar zamanı 1200 ədəd odlu silah ələ keçirilib.

Anar / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR