Qırmızı işığa kor baxan avtobus sürücüləri - VİDEO

Qırmızı işığa kor baxan avtobus sürücüləri - VİDEO
13:17 17 Yanvar 2015
111 Sosial
Ölkə mətbuatı
A- A+

İnsan həyatı avtobus sürücülərinin gözündə 20 qəpikdən də dəyərsizdir…

Milli.Az xəbər verir ki, avtosfer.az-a Bakıda avtobus sürücülərinin özbaşınalığını əks etdirən yeni video göndərilib. Oxuculardan birinin göndərdiyi bu video yanvarın 14-də, saat 17:42-də çəkilib. Göründüyü kimi, 5 nömrəli xətt üzrə hərəkət edən 10-TG-742 dövlət nömrə nişanlı və nömrəsi tam görünməyən 39 nömrəli marşrut avtobusu qayda-qanuna məhəl qoymadan sərnişindaşıma ilə məşğul olurlar.

Azərbaycan Nəşriyyatının qarşısında - Mətbuat prospekti ilə kəsişmədə işıqforun qırmızı işığı yanır. Avtobusların heç biri işıqforda stop-xətti gözləmir və qəza şəraiti yaradaraq dayanmış maşının yanından keçib irəli atılır. İşıqforun qırmızı işığı sönməmiş isə hər ikisi hərəkəti davam etdirirlər. Əslində, onların marşrutu bir qədər eyni olduğu üçün yarışa çıxıblar. Kim çox sərnişin götürsə, qalib gəlir.

Bu da bizim ictimai nəqliyyat. İnsanların həyatı avtobus sürücülərinin gözündə 20 qəpikdən də dəyərsizdir…

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR