Nazir maaşdan danışdı

Nazir maaşdan danışdı
14:06 17 Yanvar 2015
148 Ölkə
Ölkə mətbuatı
A- A+

“Təhsil sistemimizin optimallaşdırılmasına ehtiyac var. Müəllim peşəsinin cəlb edici olmasına şərait yaratmağa çalışırıq”.

ANS PRESS-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, cəmiyyətdə müəllim peşəsinə olan münasibətin yenidən bərqarar olması üçün tətbirlər görülür. Nazir qeyd edib ki, bunalara yüksək balla müəllimlik ixtisasını seçən gənclərin həvəsləndiriliməsi, ucqar rayonların çalışan müəllimlərin əmək haqqının artırılması kimi halları misal göstərmək olar:

“Dünyada baş verən iqtisadi proseslərə baxmayaraq dövlət başçısı müəllimlərin əmək haqqının qaldırılması ilə bağlı sərəncam imzaladı. Bu, dövlət başçısının müəllim peşəsinə olan diqqətinin bariz nümunəsidir.Təhsilin keyfiyyətini artırılması ilə bağlı hər zaman müzakirələr aparırıq”, - deyə nazir söyləyib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=320272

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR