“Dennis” Britaniyada həyatı iflic etdi, ölənlər var

“Dennis” Britaniyada həyatı iflic etdi, ölənlər var
21:32 17 Fevral 2020
400 Dünya
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyada davam edən "Dennis" qasırğası 3 nəfərin həyatına son qoyub.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, ölənlər Uelsdə Taui çayına düşən kişi,  Herefordşirdə çaya düşən və hazırda cəsədi axtarılan qadın və Şotlandiyada pis hava səbəbindən dərəyə yıxılan kişidir. Yağan leysan yağışları İngiltərə və Uelsdə çayların daşmasına səbəb olub. Herefordşir vəŞropşir qraflıqlarında fövqəladə vəziyyət elan edilib.

Ölkənin müxtəlif rayonlarında 400-dək yaşayış binasını su basıb. Əlverişsiz hava şəraiti səbəbindən 200-ə yaxın uçuşlar ləğv edilib. İngiltərənin cənubunda elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/826693.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR