Türkiyənin Səhiyyə naziri Fahrettin Koca ilə Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev arasında telefon danışığı olub.

Publika.az-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca sosial media hesabında yazıb.

O qeyd edib ki, müzakirə mövzusu koronovirus və ondan qorunma yolları olub:

“Azərbaycan Səhiyyə naziri, dostum Oqtay Şirəliyevlə telefonla danışdım. Qonşu ölkələrdə mövcud olan koronovirusa qarşı mübarizə ilə bağlı Türkiyə və Azərbaycan olaraq, iki ölkə arasında görəcəyimiz tədbirlər haqqında müzakirələr apardıq”.