Bakı, 22 may, AZƏRTAC
Mayın 19-da paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirovun sözlərinə görə, bina sakinlərinin telefon və internet borcları RYTN hesabına ödəniləcək.