Bakı, 22 may, AZƏRTAC
“Xalq Bank” həyata keçirdiyi “Xalq Əmanəti” layihəsi çərçivəsində milli mədəniyyətimizin korifeylərinin yaradıcılığını işıqlandırmaqda davam edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, layihənin on ikinci nəşri görkəmli Azərbaycan rəssamı, əməkdar incəsənət xadimi Vəcihə Səmədovaya həsr olunub.
Təqdim olunan “Rəngkarlıq və qrafika” bədii albomu unudulmaz fırça ustasının yaradıcılığının müxtəlif mərhələlərini ehtiva edir.
Layihə çərçivəsində Azərbaycanın tanınmış rəssam və şairlərinin həyat və yaradıcılığını əks etdirən bədii albomlar və poetik toplular işıq üzü görüb, “Azərbaycan sikkələri” elmi-tarixi tədqiqat işi nəşr etdirilib.
Bankın Bakı və Gəncə şəhərlərində yerləşən sərgi salonlarında rəssamların sərgiləri keçirilib. Bütün nəşr olunmuş kitablar üç dildə - Azərbaycan, ingilis, rus dillərində çap edilir. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, eləcə də sənətsevərlərə hədiyyə olunur.
Bu illər ərzində xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev və digər sənətkarların əsərlərindən ibarət sərgilər keçirilib, bədii albomlar nəşr edilib. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk və unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı işıq üzü görüb.
Rəssamın əsərlərinin ekspozisiyaları mayın 23-dən avqustun 23-dək Xalq Bankın baş ofisində və “Gəncə” filialında (Ünvan: Gəncə şəh., Zərrabi küç.4) fəaliyyət göstərəcək.

“Xalq Əmanəti” layihəsi çərçivəsində Vəcihə Səmədovanın əsərləri nümayiş etdiriləcək