Xalqımız 20 Yanvar faciəsinin qurbanlarını heç vaxt unutmayacaq

Xalqımız 20 Yanvar faciəsinin qurbanlarını heç vaxt unutmayacaq
15:23 17 Yanvar 2015
102 Ölkə
Ölkə mətbuatı
A- A+


Ağstafa, 17 yanvar, AzərTAc
20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Ağstafa şəhərindəki Gənclər Mərkəzində və rayonunun ümumtəhsil məktəblərində yeniyetmə və gənclərin iştirakı ilə tədbirlər keçirilir.
AzərTAc xəbər verir ki, müəllim və şagirdlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qaniçən sovet ordusunun xalqımıza qarşı törətdiyi qətliam zamanı şəhid olmuş ağstafalı Habil Əzizovun məzarını ziyarət ediblər.
Məktəblərdə təşkil olunan tədbirlərdə şagirdlərin təqdimatında 20 Yanvar faciəsinə həsr olunan şeirlər səsləndirilib, bədii kompozisiyalar nümayiş etdirilib.
Gənclər Mərkəzində keçirilən tədbir isə iştirakçıların diqqətinə çatdırılıb ki, 20 Yanvar faciəsi xalqımızın tarixinə yazılan qəhrəmanlıq nümunəsidir. Şəhidlərinin xatirəsi daima uca tutulacaq, heç vaxt unudulmayacaq.
Tədbir 20 Yanvar faciəsinə həsr olunan sənədli filmin nümayişi ilə yekunlaşıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xalqimiz_20_Yanvar_faciesinin_qurbanlarini_hech_vaxt_unutmayacaq-825508

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR