Azərbaycanda istehlak kreditləşməsi 32% artdı

Bu ilin fevralın 1-nə Azərbaycanda ev təsərrüfatlarına kredit qoyuluşunun həcmi ötən ilin eyni dövrün göstəricisi ilə müqayisədə 1 698,7 mln. manat və ya 32% artaraq 7 005 mln. manata çatıb.

Azərbaycan Mərkəzi Bankından Metbuat.az -a verilən məlumata görə, ev təsərrüfatlarına kredit qoyuluşu aylıq müqayisədə 26,3 mln. manat və ya 0,4% artıb.

İstehlak kreditləşməsinin real sektora kredit qoyuluşunda xüsusi çəkisi isə 45,2% təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0,4 faiz bəndi azdır, 2019-cu ilin eyni ayı ilə müqayisədə isə 4 faiz bəndi çoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR