Fransada məscid atəşə tutuldu: 1 nəfər yaralandı

Fransada məscid atəşə tutuldu: 1 nəfər yaralandı
09:47 9 Mart 2020
185 Dünya
Ölkə mətbuatı
A- A+

Bazar günü axşam Parisin şimal-şərqində yerləşən bir məscid naməlum şəxs tərəfindən atəşə tutulub. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər yaralanıb. 

Hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən bildirilib ki, dəbilqədə olan naməlum kişi yerli vaxtla saat 20:00-da məscidin həyətinə girib və atəş açıb. Həmin vaxt həyətdə olan bir kişi ağır yaralanıb. Hadisəni törədənin şəxsiyyəti barədə məlumat verilməyib. 

Naməlum şəxs dərhal motorollerlə hadisə yerindən uzaqlaşıb. Hazırda onun harada olduğu bilinmir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/832175.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR