Bakıda məktəblilər və tələbələr üçün “School Bus” xidməti yaradılır

Bakıda məktəblilər və tələbələr üçün “School Bus” xidməti yaradılır
19:18 14 Mart 2020
107 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Nəqliyyat Agentliyi (BNA) məktəblər tıxacın qarşısını almaq üçün layihə icra edəcək.

Bu barədə BNA-nın rəsmi nümayəndəsi Coşqun Məmmədov “AVTO FM” radiosunun efirində bildirib.

Onun sözlərinə görə, şagirdlərin valideynləri tərəfindən şəxsi nəqliyyat vasitələri ilə məktəblərə gətirilməsi və parklanma qaydalarına riayət edilməməsi kimi səbəblər məktəblərin qarşısında tıxacların yaranmasına səbəb olur: “Biz beynəlxalq təcrübəyə müraciət etsək görərik ki, nəqliyyat sahəsində inkişaf etmiş ölkələrdə “School Bus” deyilən anlayış var. Bu, şəhərin müəyyən nöqtələrindən tələbələrin və şagirdlərin yığılaraq təhsil ocaqlarına çatdırılmasına xidmət edir. BNA “School Bus” layihəsinin Azərbaycanda tətbiqi ilə bağlı layihə üzərində işləyir və Təhsil Nazirliyi ilə əməkdaşlıq edirik. Artıq bu istiqamətdə marşrutlar və marşrut xətlərinin hansı ərazilərdən keçməsi müəyyənləşdirmək üzrədir”.

C.Məmmədov qeyd edib ki, layihənin böyük hissəsi görülüb.(Report)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neqliyyat/307801.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR