Feysbuk və Tvitter bu ölkəyə məxsus yüzlərlə akkauntu silib

Feysbuk və Tvitter bu ölkəyə məxsus yüzlərlə akkauntu silib
23:27 14 Mart 2020
Ölkə mətbuatı
A- A+

Feysbuk və Tvitter şirkətləri sosial şəbəkələrdə Rusiyaya məxsus 300 səhifə və bir neçə hesabı silib.

Milli.Az ted.az-a istinadən bildirir ki, hər iki şirkətin verdiyi məlumata görə, bu səhifə və hesablar ABŞ-da keçiriləcək prezident seçkilərinə qarşı kampaniyaya başlamaq məqsədilə yaradılıb.

Tvitter şirkəti Qana və Nigeriya ərazilərində fəaliyyət göstərən və Rusiya ilə əlaqəsi olan daha 71 hesabı siləcəyinə dair xəbərdarlıq edib. Şirkətin məlumatına əsasən, bu hesab sahibləri vətəndaş hüquqları  və irqçilik barəsində vətəndaşları sosial şəbəkələrdə provakasiyaya  cəlb ediblər.

Feysbuk şirkəti sosial şəbəkədən 49 hesabı, İnstaqramdan isə 65 səhifə və 85 hesabı silib. Sözügedən şirkət də eyni ilə Tvitter kimi hesabların Qana və Nigeriyada fəaliyyət göstərdiyini, lakin Rusiya tərəfidən idarə edildiyini bəyan edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/833363.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR