Bu ölkədə komendant saatı tətbiq olunub

Bu ölkədə komendant saatı tətbiq olunub
11:52 20 Mart 2020
167 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gecədən etibarən bütün Serbiya ərazisində komendant saatı tətbiq olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, koronavirusun yayılmasının qarşısını almaq məqsədilə televiziya vasitəsilə xalqa müraciət edən Prezident Aleksandr Vuçiç əhalidən, xüsusən yaşı 60-ı ötmüş insanlardan evdən çıxmamağı xahiş edib.

Komendant saatı axşam 8-dən səhər 5-dək davam edəcək. Ölkə sərhədləri, xəstəxanalar və miqrasiya mərkəzləri əsgərlər tərəfindən qorunur. Aprelin 26-na təyin olunmuş parlament və bələdiyyə seçkiləri də təxirə salınıb.

Ölkə sərhədlərini bütün xaricilər üçün də bağlayıb. Habelə məktəb, ali təhsil ocaqları, idman müəssisələri, kütləvi iaşə obyektləri bağlanıb.

Hazırda ölkə üzrə 83 yoluxma faktı qeydə alınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/835292.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR