"Report" TASS-a istinadən xəbər verir ki, Azərbaycan XİN rəhbərinin səfər proqramına rusiyalı həmkarı ilə danışıqlardan savayı Dövlət Dumasının sədri Sergey Narışkin və Rusiya Federasiyası hökumətinin sədr müavini Dmitri Roqozinlə görüşlər daxildir.
İki ölkənin XİN rəhbərinin görüşündə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivləri, regional və beynəlxalq gündəliyin əsas aspektləri, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə olunacaq.
Elmar Məmmədyarov 24-26 may tarixlərində Rusiyada rəsmi səfərdədir.