AAYDA Koronavirusla mübarizəyə 300 min manat ianə edib

AAYDA Koronavirusla mübarizəyə 300 min manat ianə edib.

Metbuat.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 min manat həcmində vəsaiti Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli, “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR