Ən qiymətli dərman bitkilərindən biri - Bilinməyən faydaları

Quşüzümü ilə qodjini bəzən səhv salırlar, onlar xarici görünüşcə biri-birinə bənzəsələr də, fərqli xüsusiyyətlərə malikdirlər. Çində onu ninsiya itşüzmü, ingilislər isə qodji adlandırırlar. Onu “Tibet zirinci” və digər adlarla tanıyanlar da var.

Metbuat.az tibbi mənbələrə istinadla xəbər verir ki, cavanlaşdırıcı və arıqladıcı təsirlərinə görə, bir çox Hollivud ulduzları və idmançılar öz qida rasionlarında əlavə və tamamlayıcı vasitə kimi ondan istifadə edirlər. Bəzi pəhrizlərdə onun miqdarının 50 qrama qədər, bəzi pəhrizlərdə isə ondan 1 xörək qaşığından artıq olmaması göstərilir. Qodji tərkibindəki antioksidantların miqdarına görə bitkilər arasında birinci yerdədir - qaragilə ilə müqayisədə antioksidantların miqdarı 25 faiz, narla müqayisədə 2,5, çiyələklə müqayisədə 10 dəfə çoxdur.

Qodjinin qırmızı rəngdə olan şirəli giləmeyvələrinin ölçüsü 1,5 santimetrdir. Bioloji aktiv maddələrlə zəngin olduğuna görə onları dərən kimi yemək zəhərlənməyə səbəb ola bilər. Turşməzə dadı olan giləmeyvələri toplayıb kölgəlikdə qurutmaq və yalnız bundan sonra istifadə etmək olar.

Qodji dünyada ən qiymətli dərman bitkilərindən hesab edilir. Alimlər onun xərçəng xəstəliyi əleyhinə təsir göstərdiyini aşkar ediblər. Tədqiqat nəticəsində aydın olub ki, uzun müddət müntəzəm şəkildə qodji giləmeyvələrindən istifadə edilməsi xərçəng və Alsheymer xəstəliyinin, həmçinin şəkərli diabetin yaranma ehtimalını azaldır. Onun giləmeyvələri ürək-damar sisteminə də müsbət təsir göstərir. Geniş təsir spektrinə malik olduğuna görə bitkini bir çox xəstəliklərin müalicəsində tətbiq edirlər. Ondan mütəmadi istifadə əhvali-ruhiyyəni yaxşılaşdırır, depressiyanın qarşısını alır, artıq çəkini azaldır, maddələr mübadiləsini sürətləndirir, qocalma proseslərini ləngidir, yuxunu möhkəmləndirir. Bundan başqa dərinin vəziyyətini yaxşılaşdırır. Menopauzanın neqativ təsirlərini aradan qaldırır, melatonin səviyyəsini normallaşdırır, orqanizmin gücünü bərpa edir, qanda şəkərin səviyyəsini azaldır.

Lakin ilin isti vaxtlarında bitkinin giləmeyvələrindən istifadə etmək olmaz. Həmçinin şəkərli diabet, hipertoniya və arıçılıq məhsullarına qarşı allergiyası olanlar ondan istifadə edərkən ehtiyatlı olmalıdırlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı