Ermənistanda koronavirusdan daha 2 nəfər ölüb

Ermənistanda koronavirusdan daha 2 nəfər ölüb
09:12 29 Mart 2020
164 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanda daha 2 nəfər koronavirusdan ölüb, bununla da ölənlərin ümumi sayı 3-ə yüksəlib. 

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistanın Vahid məlumat mərkəzi Facebook səhifəsində məlumat yayıb: 

"Yerevanın "Nork" yoluxucu xəstəliklər xəstəxanasında koronavirusdan daha 2 nəfər ölüb. Dünyasını dəyişənlər 55 yaşlı qadın və 73 yaşlı kişidir". 

Qeyd edək ki, Ermənistanda movcud vəziyyətlə əlaqədar martın 16-dan aprelin 14-dək fövqəladə vəziyyət elan edilib. Son rəsmi məlumatlara görə görə, ölkədə 407 yoluxma hadisəsi aşkar edilib. Martın 25-dən 31-dək strateji obyektlər istisna olmaqla bütün müəssisə və təşkilatların işi müvəqqəti dayandırılıb, vətəndaşların hərəkətinə məhdudiyyət qoyulub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/837284.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR