x
Loading...
.

Qaydalara əməl etməyən 26 sürücüyə xəbərdarlıq edilib

Qaydalara əməl etməyən 26 sürücüyə xəbərdarlıq edilib
14:27 29 Mart 2020
118 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Avtobusun salonundakı sıxılığın qarşısını almaq məqsədi ilə Operativ Qərargahın icrasını tələblərinə əməl edilməsi üçün Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) müfəttişləri Respublika üzrə dayancaqlarda xidmət göstərirlər.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında qurumun mətbuat katibi Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, xidmətlər 11 regional bölmə üzrə keçirilir:

"Ötən gün səhər saat 11-dən etibarən Bakı, Sumqayıt və Abşeron daxil olmaqla ölkə üzrə 11 regional bölmə üzrə avtobuslarda yoxlamalar başlanılıb. Nəqliyyat vasitəsinin salonunda sərnişinlərin ara məsafəsini qorumasını təmin etmək üçün DANX müfəttişləri dayanacaqlarda qadağanın icrasına nəzarət edir. Qaydaya əməl etməyən sürücülərə ilkin şəkildə yerində xəbərdarlıq edilir".

N.Allahyarova qeyd edib ki, bu saata qədər 26 daşıyıcıya xəbərdalıq olunub:

"Müfəttişlərdən aldığımız məlumata görə, sərnişinlər sürücülərdən daha çox qaydalara pozmağa meyllidirlər. Sürücülər maksimum dərəcədə hər oturan sərnişinə qaydaları izah etməyə çalışırlar. Bakı-Sumqayıt istiqamətində hərəkət edən bəzi avtobuslarda hətta xəbərdarlıq xarakterli elanlar vurulub".

Mətbuat katibi əlavə edib ki, eyni daşıyıcı haqqında bir neçə şikayət daxil olarsa, xəbərdarlıq daşıyıcının xətdən ayrılması ilə nəticələnə bilər.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə martın 29-da saat 00:00-dan etibarən ölkə ərazisində xüsusi karantin rejimi gücləndirilib.

Trend xəbər verir ki, bununla bağlı Operativ Qərargahın martın 27-də yaydığı məlumata əsasən, xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılıb.

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/837439.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR