Daxili yoluxma hallarının qarşısını almaqda çətinlik çəkirik - Səhiyyə Nazirliyi

Daxili yoluxma hallarının qarşısını almaqda çətinlik çəkirik - Səhiyyə Nazirliyi
19:08 30 Mart 2020
Ölkə mətbuatı
A- A+

“Təəssüf ki, hələ də insanlar koronavirus təhlükəsini dərk edə bilmir. Halbuki xəbərimiz olmadan bu virusun daşıyıcısı ola bilərik”.

Publika.az-ın xəbərinə görə, bunu “Report”a Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib.

"Əfsuslar olsun ki, daxili yoluxma hallarının qarşısını almaqda çətinlik çəkirik. Ona görə də məcburi şəkildə xüsusi karantin rejimi tətbiq olundu. Çünki insanlar əvvəl bu məsələyə ciddi yanaşmırdı. Məsələn, kimsə darıxıb evə qonaq çağırır. Halbuki insanlarla təmasda olmaq təhlükəlidir”, - o qeyd edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sehiyye/309222.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR