Azərbaycan, Bakı, 25 may /Trend/

Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməyə davam edəcək. Trend-in məlumatına əsasən, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən yekun mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlara yardım etmək Rusiyanın xarici siyasətinin prioritet məsələlərindən biridir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az