Məşhur "Marakana" stadionu da xəstəxanaya çevrilir

Dünyanın ən böyük futbol stadionlarından biri olan məşhur "Marakana" stadionu koronavirus səbəbindən xəstəxanaya çevrilir.

Metbuat.az bildirir ki, bu barədə yerli Braziliya mediası məlumat yayıb. Stadionda koronavirus xəstələrinin qalacağı 400 yataqlı müvəqqəti xəstəxana qurulacağı bildirilib. Məlumatda futbol sahəsinin qazonunun qorunacağı bildirilib.

80 min nəfərlik "Marakana" Rio de Janeyroda 8-ci müvəqqəti xəstəxana olacaq.

Qeyd edək ki, Braziliyada 5 min 812 nəfərdə koronavirus aşkarlanıb, ölənlərin sayı isə 202-dir.

Mənbə: REUTERS


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR