"Ağ ev"dən qorxunc hesabat:

"Əgər yeni növ koronavirusun ölkə ərazisində yayılmasını yavaşlada bilməsək, aprel ayının sonunda 1.5-2 milyon amerikalı ölmüş olacaq".

Metbuat.az xəbər verir ki, bu barədə "Ağ ev"-in yayımladığı məlumatda qeyd olunur.

Qeyd olunur ki, lazımı tədbirlər görülsə və insanlar verilən qərarlara əməl etsə, 100 min və ya 240 min insan öləcək.

Qeyd edək ki, ABŞ-da son sutka ərzində 1047 nəfər yeni növ koronavirusdan ölüb. Bununla da ölkədə bu virusdan ölənlərin sayı 5137 nəfərə çatıb. COVİD-19-a yoluxanların sayı isə 216 min 722 nəfərdir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR