Valideynlərinin əl-qolunu bağlayıb evə od vurdu

Valideynlərinin əl-qolunu bağlayıb evə od vurdu
17:52 7 Aprel 2020
220 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Konya şəhərində yaşayan şəxs ata-anasının əl-qolunu bağlayaraq, onları girov götürüb və yaşadıqları evi yandırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Y.Y. valideynləri ilə mübahisə etdikdən sonra onların əl-qolunu bağlayıb.

Daha sonra o, evi yandırıb və eyvana çıxaraq havaya atəş açıb.

Qonşular polis, təcili tibbi yardım və yanğınsöndürən çağırıblar.

Polis Y.Y-ni nəzarətə götürüb. Girov götürülən ata-ana isə xəstəxanaya çatdırılıb.

Y.Y.-nin narkotik maddə aludəçisi olduğu bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/839806.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR