Norveçdən koronavirusla bağlı xoş xəbər

Norveçdən koronavirusla bağlı xoş xəbər
18:32 7 Aprel 2020
270 Dünya
Ölkə mətbuatı
A- A+

Koronavirusla əlaqəli xoş xəbərlər də var. 76 nəfərin öldüyü Norveçin koronavirusu nəzarət altına aldığı açıqlanıb.

Milli.Az qazet.az-a istinadən xəbər verir ki, Norveçin Səhiyyə naziri Bent Höye açıqlama verib: "Əgər kəskin tədbirlər görməsəydik, Avropanın digər ölkələrində yaşananları yaşayacaqdıq".

Nazir ölüm və yoluxma sayının azalmasına sərt tədbirlərlə nail olduqlarını deyib.

İndi Norveçdə az sayda koronavirus hadisəsi görülür. Nazirlik xəstəxanalarda müalicə alan insanların yaxın günlərdə azalacağını söyləyib.

Qeyd edək ki, 5 milyonluq ölkədə 5 min 755 insanda virus aşkarlanıb. 76 nəfər ölüb. 83 nəfər xəstəxanalarda reanimasiyada müalicə alır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/839749.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR